...

Məqsədimiz Azərbaycan və Britaniya xalqları arasında möhkəm əlaqələr qurmaqdır - Səfir

Siyasət Materials 19 Mart 2022 13:35 (UTC +04:00)
Məqsədimiz Azərbaycan və Britaniya xalqları arasında möhkəm əlaqələr qurmaqdır - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bizim məqsədimiz Azərbaycan və Böyük Britaniya xalqları arasında möhkəm əlaqələr qurmaqdır.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Nargis" Fondu tərəfindən təşkil olunmuş və Novruz bayramına həsr olunan yarmarka zamanı deyib.

C.Şarp qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında təkcə diplomatik deyil, həm də təhsil, idman və ticarət sahələrində münasibətlər qurulub.

Səfir əlavə edib ki, bu yarmarkada toplanan vəsait "United Aid for Azerbaijan" (UAFA) fonduna köçürüləcək.

Xatırladaq ki, Böyük Britaniya səfirliyi bu il ölkələr arasında diplomatok münasibətlərin qurulmasının 30 illiyi münasibətilə çoxsaylı tədbirlər keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti