...

Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin prioritetlərini nəzərə almalıdır - PA rəsmisi

Siyasət Materials 5 Aprel 2022 11:42 (UTC +04:00)
Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin prioritetlərini nəzərə almalıdır - PA rəsmisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropa Şurası ilə qarşılıqlı hörmət və anlaşma əsasında əlaqələrini davam etdirir.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Həbib Mikayıllı Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının təqdimat mərasimi zamanı deyib.

O qeyd edib ki, Avropa Şurası Azərbaycan və Ermənistan arasında etibarlılığın artırılmasında xüsusi rol oynaya bilər.

"Beynəlxalq təşkilatlar Vətən müharibəsindən sonra Azərbaycan hökumətinin dəyişən ehtiyac və prioritetlərini nəzərə almalıdır. Mina təmizləmə məsələsi diqqət mərkəzində olmalıdır. Çünki bu problem məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasının qarşısını alır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti