...

BMT sülhün bərqərar olması məsələsində Azərbaycanla əməkdaşlığın davamına ümid edir - BMT rəsmisi

Siyasət Materials 13 Aprel 2022 10:32 (UTC +04:00)
BMT sülhün bərqərar olması məsələsində Azərbaycanla əməkdaşlığın davamına ümid edir - BMT rəsmisi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT sülhün bərqərar olması məsələsində Azərbaycanla əməkdaşlığın davamına ümid edir.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş ADAMUN Simulyasiya Konfransında deyib.

Onun sözlərinə görə, BMT və Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə doğru birgə addımlayır.

BMT rəsmisi bildirib ki, bu il Azərbaycanın BMT ailəsinə daxil olmasının 30 illiyi münasibətilə təşkilatla Azərbaycan arasında münasibətlər üçün vacib ildir.

"Bununla əlaqədar olaraq 2022-ci ildə müxtəlif tədbirlər keçiriləcək", - V.Andreyeva deyib.

O, həmçinin çıxışı zamanı ərzaq çatışmazlığı, işsizlik kimi qlobal problemlərdən danışıb və bildirib ki, bu problemlər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmanın gündəliyindədir.

"Sülhün bərqərar olunmasına kömək etmək BMT-nin əsas prinsiplərindən biridir və biz bu sahədə Azərbaycanla əməkdaşlığın davamına ümid edirik", - BMT nümayəndəsi bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti