...

Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

Siyasət Materials 15 Aprel 2022 18:59 (UTC +04:00)
Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti