Bakı. Trend:
ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə müşaviri Endrü Şofer Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin "Twitter" səhifəsində bildirilib.
Dövlət Departamenti qeyd edir ki, bu həftə E.Şofer regiona səfər edəcək və ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh prosesinin daha yaxşı necə dəstəkləyə biləcəyini müzakirə edəcək.
(Tərcümə: Orxan Nəbiyev)