...

Britaniya səfiri II Yelizavetaya təqdim olunan Qarabağ atına görə Azərbaycana təşəkkür edib

Siyasət Materials 16 May 2022 17:23 (UTC +04:00)
Britaniya səfiri II Yelizavetaya təqdim olunan Qarabağ atına görə Azərbaycana təşəkkür edib

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Prezidentinin hədiyyəsi olan Qarabağ atının Kraliça II Yelizavetaya təqdim olunması ilə bağlı Azərbaycana təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında yazıb.

"Azərbaycana təşəkkür edirik", - deyə o bildirib.

Qeyd edək ki, 12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti