...

Sinqapur dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 23 May 2022 11:18 (UTC +04:00)
Sinqapur dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub Prezident İlham Əliyevə təbrik məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza səmimi təbriklərimi yetirir, həmçinin davamlı sülh, tərəqqi və xoşbəxtlik diləyir, ən xoş arzularımı çatdırıram.

Sinqapur qlobal təhdidlərə qarşı kollektiv mübarizəmizi gücləndirmək üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti