...

Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib (FOTO)

Siyasət Materials 28 May 2022 22:18 (UTC +04:00)
Türkiyə Prezidenti “TEKNOFEST Azərbaycan” festivalı ilə bağlı paylaşımlar edib (FOTO)

Bakı. Trend:

Qarşılaşdığı bütün haqsızlıqlara, qanunsuzluqlara baxmayaraq, qardaşım İlham Əliyevin uğurlu rəhbərliyi ilə diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan, işıqlı gələcəyə doğru addımlayan Azərbaycanla fəxr edirik.

Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi tviter hesabında paylaşıb.

“Müharibədə də, sülhdə də Azərbaycanın yanında olmaqda davam edəcəyik”, - deyə paylaşımda qeyd olunub.

Digər paylaşımda isə deyilir: “TEKNOFEST ailəsi bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atıb. Eyni uğuru Azərbaycanda da qazanacağımıza şübhəm yoxdur. Türk dünyasının ən yeni texnologiyaları istehsal edəcək gənc nəsillərlə çığır açacaq nailiyyətlər geçəkləşdirəcəyinə ürəkdən inanıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti