...

“Böyük qaydış” prosesinə start verildi - Rauf Əliyev

Siyasət Materials 29 May 2022 22:41 (UTC +04:00)
“Böyük qaydış” prosesinə start verildi - Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Bu layihə üzrə təməlqoyma mərasimi 2021-ci ilin aprelin 26-da keçirilmişdi. Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd” , “Ağıllı şəhər” konsepsiyaları asasında bərpa olunacaq.

Cənab Prezident açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirmişdir. İlk növbədə qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edın cənab Prezident bildirmişdir ki, Müstəqillik Günü ərəfəsində bu tədbirin keçirilməsinin böyük rəmzi mənası var. Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsindən aslı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xöşbəxt yaşaması üçün əsas amildir.

Cənab Prezidentin çıxışında bildirilmişdir ki, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində fəaliyyət göstərmişdir. Qeyd olunmuşdur ki, dövlət müstəqiliyimiz elan olduqdan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. XX əsrin əvvələrində və sonrakı dövrlərdə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənə bilməmişdi. Ona görə xalqımız böyük faciələrlə qarşılaşmışdı. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtki hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzur Azərbaycandan ayrılıdı və Ermənistana birləşdirildi. Bu Azərbaycan xalqına qarşı növbəti düçmənçilk və ədalətsizlik idi. Müasir Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da, vəziyyət çox dəyşmədi. 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycan qarşı təcavüzkar siyasətindən əl çəkmədi, müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Bundan sonra Ermənistan bu işğalçılıq siyasətini davam etdirmiş Qarabağı və ətraf rayonları işğal etmişdir.

Ancaq 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etdikdən sonra Azərbaycanın müstəqillik həyatı başlamışdır. Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət imkan verdi ki, Azərbaycan həm siyasi , həm də iqtisadi müstəqilliyini möhkəmləndirsin və qarşıya qoyulmuş bütün vəzifələri, o cümlədən ən əsas vəzifəni, işğal altında olan torpaqlarımızı işğaldan azad edilməsini reallaşdırsın. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünügöstərdi, həm də mənəvi keyfiyyətini göstərdi. Azərbayca Ermənistandan fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmadı, kənd və şəhərləri yerlə-yeksan etmədi.

Cənab Prezident İlham Əliyev çıxışında vurğulaməşdır ki, “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi ilə “Böyük Qaydış” prosesinə start verilmişdir. Ağalı kəndində icra olunan birinci pilot layihə üzrə 200 evdən ibarət “Ağıllı kənd” salınmışdır. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulur. Həyata keçirilən layihədə yüksək səviyyədə yaşayış üçün lazım olan bütün şərait- məşğulluq, məktəb, baxça, tibb məntəqəsi, bütün xidmətlər- “ASAN”, QOST”, kiçik və orta biznesə dəsdək xidmətləri nəzərdə tutulmuşdur.

Qeyd olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, bu il ilk məhsul götürüləcək. Görülən işlərin miqyası çox böyükdür. Müqayisə üçün demək lazımdır ki, azad edilmiş ərazilərin sahəsi dörd Lüksenburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasiminin keçirilməsi göstərir ki, artıq “Böyük Qaydış” prosesinə start verildi və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri nəticəsində “Böyük Qaydış” Proqramı uğurla həyata keçiriləcək, vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı

Rauf Əliyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti