Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin "Twitter" hesab qeyd olunub.
“İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik” - deyə bildirilib.
Xatırladaq ki, İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Məşhəd-Yəzd sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 50 nəfər isə yaralanıb.