...

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün unikal imkan yaranıb - Ceyhun Bayramov

Siyasət Materials 24 İyun 2022 14:26 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün unikal imkan yaranıb - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz hesab edirik ki, müstəqilliyin bərpasından sonra ilk dəfə həm Azərbaycanda, həm də Ermənistanda ölkələrimiz arasında normal, mehriban qonşuluq münasibətlərinin qurulması, normallaşmaya nail olmaq üçün həqiqətən unikal imkan yaranıb.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Çünki işğal vaxtında mövcud olmuş fundamental problem aradan qaldırılıb. Azərbaycan bunu tək sözdə deyil, həm də real addımlarda nəzərə alır", - deyə nazir bildirib.

"Mən üç konkret nümunə gətirəcəm. Müharibə bitdikdən və üçtərəfli bəyanat imzalandıqdan çox qısa müddət sonra, 2021-ci ilin əvvəlində düşmənçilik səhifəsini çevirməyə hazır olmaq ifadəsini ilk dəfə işlədən Azərbaycan və onun lideri oldu. O bildirdi ki, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi üzərində işləməyə hazırdır. Əgər dünyada və ya regionda kimsə hesab edirsə ki, bu, asan qərardır və bunu etmək asandır, mən o insanlara işğal altında olmuş və azad edilmiş ərazilərə gəlməyə və bizim gördüklərimizi görməyə çağırıram. Bütün bunlardan sonra və çox qısa müddətdə bunu açıq şəkildə ifadə edtmək həqiqətən də siyasi iradə tələb edir. Azərbaycan Prezidenti bunu etdi. 2022-ci ilin fevralında Azərbaycan növbəti addımı atdı. Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının fundamental prinsiplərini kağıza köçürən və Ermənistan tərəfinə verən məhz Azərbaycan oldu. Yeri gəlmişkən, bu təkliflər erməni siyasi rəhbərliyi tərəfindən rədd edilmədi və bütün dünyada müsbət qarşılandı. Bundan sonra böyük diplomatik aktivlik başladı və Azərbaycan tərəfinin mövqeyi bunun üçün stimul oldu. Nəhayət, vurğulamaq istədiyim üçüncü amil - Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif bütün potensial istiqamətləri arasında, biz hesab edirik ki, ən çox kommunikasiyaların açılması baxımından irəliləmişik. Bu proses normallaşma baxımından ciddi drayver ola bilər. Üçtərəfli bəyanatda bu məqamın yer almasını, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı müddəanın daxil edilməsini təklif edən və bunda təkid edən məhz Prezidentin şəxsində Azərbaycan oldu", - C.Bayramov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti