Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cenevrədə IX Qlobal Bakı Forumunun nəticələrinin müzakirəsini keçirib.
Mərkəzdən Trend-ə bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisinin Baş direktoru xanım Tatiana Valovaya və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Ghebreyesus ilə görüşlər keçirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən IX Qlobal Bakı Forumunun nəticələri və gələcək əməkdaşlıqlar, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ümumdünya Səhiyyə Sammitində iştirakı, o cümlədən, Mərkəzin ənənəvi keçirdiyi ali səviyyəli toplantının Cenevrədə keçirilməsi müzakirə olunub.