...

Mexanikləşdirilmiş bölmələrdə praktiki çalışmalar icra olunub (VİDEO)

Siyasət Materials 13 İyul 2022 12:18 (UTC +04:00)
Mexanikləşdirilmiş bölmələrdə praktiki çalışmalar icra olunub (VİDEO)

Bakı. Trend:

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, çalışmaların icrası zamanı sürücü-mexaniklər döyüş texnikasını idarəetmə bacarıqlarını, tuşlayıcı operatorlar isə müxtəlif silahlardan atəş açma qabiliyyətlərini təkmilləşdiriblər.

Mexanikləşdirilmiş bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən praktiki çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti