...

Dövlətimiz hər zaman bizə diqqət və qayğı göstərir - Vətən Müharibəsi Qəhrəmanı

Siyasət Materials 18 İyul 2022 09:17 (UTC +04:00)
Dövlətimiz hər zaman bizə diqqət və qayğı göstərir - Vətən Müharibəsi Qəhrəmanı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətimiz hər zaman bizə diqqət və qayğı göstərir. Bu səbəbdən də Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.

Bunu Trend-ə Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə deyib.

A.Abdullazadə qeyd edib ki, Prezidentimiz hər zaman şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı ilə yanaşır, onların problemləri ilə maraqlanır, həlli istiqamətində tapşırıqlar verir.

“Şəhid ailələri və müharibə iştirakçıları mənzillər və fərdi evlərlə təmin edilir, onların sosial müdafiəsinin təmin edilməsi üçün lazımi işlər görülür. Mən bir Vətən müharibəsi iştirakçısı kimi dövlət tərəfindən mənə göstərilən diqqəti yüksək qiymətləndirirəm. Göstərdiyi diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, Azərbaycan gənciyəm və Vətən müharibəsində iştirak etmişəm", - deyə o əlavə edib.

A.Abdullazadə əlavə edib ki, hər hansı bir dövlət qurumuna müraciət etdikdə dərhal nəzərə alınır. “Mən özüm Tərtər sakiniyəm. İstər Tərtərdə, istər Bakıda dövlət qurumlarına müraciət etdiyim zaman dərhal müraciətim nəzərə alınır və lazımi köməklik göstərilir”, - deyə Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti