...

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 18 İyul 2022 18:04 (UTC +04:00)
Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

Bakı. Trend:

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri iyulun 18-də başa çatıb.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ursula Fon der Lyayeni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti