...

Dövlət Neft Fondunun 2022-ci il büdcəsində dəqiqləşdirmə aparılıb

Siyasət Materials 22 İyul 2022 15:27 (UTC +04:00)
Dövlət Neft Fondunun 2022-ci il büdcəsində dəqiqləşdirmə aparılıb

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə qərara alınır:

- “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

- 1-ci hissədə “10589701,9” və “12789674,6” rəqəmləri müvafiq olaraq “15789147,9” və “11597136,5” rəqəmləri ilə əvəz edilsin;

- 2-ci hissə üzrə:

- 2.1-ci bənddə “8578995,4” rəqəmləri “14993401,2” rəqəmləri ilə əvəz edilsin;

- 2.3-cü bənddə “23290,0” rəqəmləri “21760,0” rəqəmləri ilə əvəz edilsin;

- 2.4-cü bənddən “1216792,9” rəqəmləri çıxarılsın;

- 2.5-ci bənddə “765340,0” rəqəmləri “768703,1” rəqəmləri ilə əvəz edilsin;

- “Gəlirlərin məbləği” sütununun “Cəmi” sətrində “10589701,9” rəqəmləri “15789147,9” rəqəmləri ilə əvəz edilsin;

- 3-cü hissə üzrə:

- 3.1-ci bənddə “12710000,0” rəqəmləri “11517500,0” rəqəmləri ilə əvəz edilsin;

- 3.2-ci bənddə “27836,0” rəqəmləri “27797,9” rəqəmləri ilə əvəz edilsin;

- 3.3-cü bənddə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın” sözləri ilə əvəz edilsin;

- “Xərclərin məbləği” sütununun “Cəmi” sətrində “12789674,6” rəqəmləri “11597136,5” rəqəmləri ilə əvəz edilsin.

- Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti