Bakı. Trend:
Azərbaycan, Özbəkistan və Türkiyə arasında üçtərəfli bəyannamə imzalana bilər.
Trend bu barədə Özbəkistan diplomatik mənbələrinə istinadən məlumat verir.
Sənədin avqustun 2-də Daşkənddə üç ölkənin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin görüşü zamanı imzalanacağı nəzərdə tutulur.
Görüş zamanı Azərbaycan tərəfini xarici işlər naziri Ceyhun Bayramovun və iqtisadiyyatla bağlı nazirlərin təmsil edəcəyi gözlənilir.
(Tərcümə: Orxan Nəbiyev)