...

Bir neçə hərbçinin minaya düşməsi ilə bağlı məlumatlar əsassızdır - MN

Siyasət Materials 26 İyul 2022 20:30 (UTC +04:00)
Bir neçə hərbçinin minaya düşməsi ilə bağlı məlumatlar əsassızdır - MN
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti