Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edib.
Trend xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.
Səfir “SafeLane Global” şirkətinin düşərgəsini və “Qaya Safety Solutions” şirkətini ziyarət edib və orada həyata keçirilən mintamizləmə əməliyyatları ilə tanış olub.
“Mən həm də minaların harada olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum!”, - paylaşımda vurğulanır.