Bakı. Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp azad olunmuş ərazilərə səfər edib.
Trend xəbər verir ki, bu barədə səfir öz “Twitter“ səhifəsində yazıb.
“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Böyük Britaniya və Azərbaycan əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik. Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur”, - deyə səfir qeyd edib.