...

Səfirliyimizə hücum Vyana Konvensiyasının kobud surətdə pozulmasıdır - Rauf Əliyev

Siyasət Materials 8 Avqust 2022 14:32 (UTC +04:00)
Səfirliyimizə hücum Vyana Konvensiyasının kobud surətdə pozulmasıdır - Rauf Əliyev

Bakı. Trend:

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikal dəstə səfirliyin binasına daxil olaraq, binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər. Dünyanı xaosa salmamaq üçün beynəlxalq qanunlar mövcuddur. Diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Vyana Konvensiyası mövcuddur.

Baş verənlər onu göstərir ki, Britaniya hökuməti bu məsələdə laqeyd münasibət sərgiləyib və Vyana Konvensiyasının tələbləri kobud surətdə pozulub. Bu təxribatla əlaqədar 5 avqust 2022-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan xarici İşlər Nazirliyinə çağırılıb və Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı qəti etiraz bildirilib. Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə şıxdığını və ev sahibi ölkənin beynəlxalq hüquq öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib. Müvafiq dövlət qurumu tərəfindən baş vermiş hadisəyə qanunun tələblərinə uyğun olaraq qiymət verilmişdir. Ancaq cəmiyyət tərəfindən, o cümlədən Azərbaycanda və Böyük Britaniyada fəaliyyət göstərən səfirlər və səfirliklər Azərbaycana həmrəylik göstərərək törədilmiş bu təxribatı lazımı səviyyədə qınamırlar, pisləmirlər.

Baxmayaraq ki, müstəqil bir ölkənin səfirliyinə edilmiş bu hücum dünyanın hər yerində fəaliyyət göstərən səfirlərin və səfirliklərin fəaliyyətini tənzimləyən Vyana Konvevsiyasının kobud surətdə pozulmasıdır. Ona görə də cəmiyyətimizdə vətəndaşlarımız baş vermiş bu xoşagəlməz hadisəyə öz münasibətlərini bildirməlidirlər və Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlikləri bu təxribatı pisləyən, qınayan bəyənat verməyə çağrmalıdırlar.

Rauf Əliyev

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti