...

Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi

Siyasət Materials 9 Avqust 2022 09:08 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir.

Trend-in məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı ATƏT-in baş katibi Helqa Şmid deyib.

Onun sözlərinə görə, Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir.

"Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu səbəbdən Türkiyə bu plüralist dünya anlayışına ən uyğun ölkələrdən biridir. Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir", - deyə H. Şmid əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti