...

Putin və Si Cinpin G20 sammitində iştirak edəcəklər

Siyasət Materials 19 Avqust 2022 05:54 (UTC +04:00)
Putin və Si Cinpin G20 sammitində iştirak edəcəklər

Bakı. Trend:

İndoneziya prezidenti Coko Vidodo bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin noyabrda Balidə keçiriləcək G20 sammitində iştirak edəcəklər.

Trend xəbər verir ki, onun sözlərinə görə, hər iki lider ona müvafiq planların olduğunu təsdiqləyib.

İndoneziya prezidenti ilk dəfə Rusiya və Çin liderlərinin noyabrda keçiriləcək G20 sammitində iştirak planlarını təsdiqləyib.

Daha əvvəl bildirilmişdi ki, Putin İndoneziya prezidenti ilə ərzaq təhlükəsizliyi və G20-yə hazırlıq məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti