Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatdan ciddi narahatlığını və bu təxribatları pisləyir.
Bu barədə Trend Təşkilata istinadən xəbər verib.
Baş Katiblik Ermənistanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata, eləcə də Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalara uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırır. 22-23 mart 2022-ci il tarixlərində İslamabadda keçirilən Təşkilatın 48-ci sessiyasında İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnaməyə istinad edərək, Baş Katiblik tərəflər arasında münasibətləri suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət və qarşılıqlı tanınma əsasında normallaşdırmağa çağırır.
Baş Katiblik, həmçinin erməni təxribatının yatırılması zamanı şəhid olmuş hərbçilərin ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.