...

Şuşa Türk Biznesi Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb (FOTO)

Siyasət Materials 16 Sentyabr 2022 12:52 (UTC +04:00)
Şuşa Türk Biznesi Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 16-da Qarabağ regionun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznesi Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb.

Trend-in məlumatına görə, Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurası yaradılması haqqında saziş imzalanıb.

Həmçinin Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi və KOBİA arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiqlənib.

Eyni zamanda, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti