...

İranın XİN başçısı Ermənistanın törətdiyi son təxribatlar barədə məlumatlandırılıb

Siyasət Materials 23 Sentyabr 2022 15:14 (UTC +04:00)
İranın XİN başçısı Ermənistanın törətdiyi son təxribatlar barədə məlumatlandırılıb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan regional məsələləri müzakirə ediblər.

Trend xəbər verir ki, bunu C.Bayramov "twitter"də yazıb.

Onun sözlərinə görə, İranın XİN başçısı ilə regional məsələlərlə yanaşı, ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.

C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti