...

Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib

Siyasət Materials 24 Sentyabr 2022 08:17 (UTC +04:00)
Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib

Bakı. Trend:

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb.

“BMT Baş Assambleyasında Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşməkdən məmnunam. Biz regional məsələləri, Azərbaycan və Sinqapur arasında ikitərəfli tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik”, - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti