...

Hikmət Hacıyev ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib (FOTO)

Siyasət Materials 28 Sentyabr 2022 02:37 (UTC +04:00)
Hikmət Hacıyev ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi İrs Fondunda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti