...

Qardaş Azərbaycanla bütün sahələrdə olduğu kimi, media sektorunda da birgə layihələr icra edəcəyik - DHA-nın baş direktoru

Siyasət Materials 3 Oktyabr 2022 15:32 (UTC +04:00)
Qardaş Azərbaycanla bütün sahələrdə olduğu kimi, media sektorunda da birgə layihələr icra edəcəyik - DHA-nın baş direktoru

Bakı. Trend:

Qardaş Azərbaycanla bütün sahələrdə olduğu kimi, media sektorunda da birgə layihələr icra edəcəyik.

Trend-in məlumatına görə, bunu Demirören İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkut Trend və DHA agentlikləri arasında yeni müqavilələrin imzalanması mərasimində çıxışı zamanı deyib.

"Əməkdaşlığımızı daha da inkişaf etdirib, gələcəyə doğru aparırıq. Demirören və Trend informasiya agentlikləri arasındakı əməkdaşlıq türk dövlətlərinin media orqanları arasında daha böyük əməkdaşlığın qapısını açır. Bir tərəfdən qərbə yönəlmiş işlərlə yanaşı, digər tərəfdən türk dövlətlərinə yönəlmiş işlər həyata keçirəcəyik. Bu anlaşma ilə təkcə qarşılıqlı xəbər axını təmin olunmayacaq, həm də bütün dünyaya nümunəvi əməkdaşlıq sərgiləyəcəyik. Oxucular qardaş Azərbaycan və Türkiyə barədə ən son xəbərləri bilavasitə mənbəyindən öyrənəcəklər", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Demirören İnformasiya Agentliyi Türkiyənin hər tərəfində fəaliyyət göstərən geniş şəbəkəyə malikdir. Trend isə həm türk dövlətlərinə, həm də qərbə yönəlmiş böyük xəbər agentliyidir: "Beləliklə, iki qurumun əməkdaşlığı ilə biz bu işi tamamilə yeni səviyyəyə daşıyacağıq. Bizim üçün dəyərli olan “İki dövlət, bir millət” şüarı bu anlaşma ilə media sektorunda da öz yerini tutacaq. Bakıya gəlişimizin başqa bir səbəbi də Demirören media olaraq gələcəyə doğru addımlar atmaqdır.

Demirören media peşə və texnologiya liseyini qurduq. Lisey bu gün ilk şagirdlərini qəbul edib. Şagirdlər bu peşəni bizimlə birgə öyrənəcəklər və liseyi bitirdikdən sonra mütləq şəkildə bu sektorda iş tapa biləcək səviyyədə olacaqlar. Bu layihə ilə bağlı sabah da görüşlərimiz olacaq. Mən Bakıya ilk dəfə gəldim və gördüyüm ilk şey iki qardaş ölkənin hər mənada eyni düşüncə və duyğulara sahib olmasıdır".

Xəbər lenti

Xəbər lenti