...

Ermənistanın müharibə cinayətləri Azərbaycana qarşı asimmetrik müharibənin nəticəsidir - Nizami Səfərov

Siyasət Materials 10 Oktyabr 2022 11:57 (UTC +04:00)
Ermənistanın müharibə cinayətləri Azərbaycana qarşı asimmetrik müharibənin nəticəsidir - Nizami Səfərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilərin yol verdikləri müharibə cinayətləri düşmən tərəfinin Azərbaycana qarşı apardığı asimmetrik müharibənin məntiqi nəticəsidir. Asimmetrik müharibə müxtəlif səviyyələrdə - hərbi-strateji, operativ, siyasi səviyyələrdə və müxtəlif formada (məsələn, terror üsullarından istifadə etməklə) aparıla bilər, ancaq hər bir halda uzun illərdən bəri formalaşan və silahlı münaqişələri tənzimləyən beynəlxalq hüquq normaları və prinsiplərinin açıq-aşkar pozulmasını və nəticədə müharibə cinayətlərinin törədilməsini ehtiva edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Nizami Səfərov Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təşkil edilən “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda çıxışı zaman deyib.

N.Səfərov bildirib ki, asimmetrik müharibənin tipik göstəriciləri – mülki əhaliyə və mülki infrastruktur obyektlərinə hücumlar, qadağan edilən müharibə vasitələrindən - klaster (kasset), fosfor sursatlarından istifadə, girovlarla və hərbi əsirlərlə qəddar, qeyri insani rəftar, işgəncələr və onların qətlə yetirilməsi, ətraf mühitə uzunmüddətli və genişmiqyaslı ziyan vurulması, muzdluların və uşaqların hərbi əməliyyatlara cəlb edilməsi və sairədir.

O qeyd edib ki, beynəlxalq cinayətlərin təqibi və soyqırımı, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinə görə cəzasızlığın aradan qaldırılması dünya birliyinin üzv dövlətlərinin qarşısında duran əsas hüquqi prioritetlərdən biridir.

“Bu prioritetin reallaşdırılmasında fundamental problemlər sirasında müharibə cinayətlərinin substantiv, yəni maddi hüquq tərkibinin müəyyənləşdirilməsi xüsusilə qeyd olunmalıdır. Nəzərə almaq lazımdır ki, müharibə cinayətlərinin müasir konsepsiyası insanlıq məvhumunu sarsıdan bu cür əməllərin beynəlxalq humanitar hüququn ciddi pozuntuları kimi tövsif edir.

“Ciddi pozuntular” 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyaları və onalrın 8 iyun 1977-ci il tarixli Birinci Protokolunun müddəalarının pozulmasını nəzərdə tutur və terminoloji baxımdan bu hüquqi aktların ingilis və fransız dillrəindəki autentik mətnlərində öz əksini tapıb. Ciddi pozuntular bir tərəfdən, beynəlxalq xarakterli silahlı münaqişələrin qurbanlarının müdafiəsinə yönələn norma və prinsiplərin, digər tərəfdən isə hərbi əməliyyatların aparılmasının vasitələri və üsullarını məhdudlaşdıran qaydalarının yaxud müharibə adətləri və qanunlarının pozulmasını ehtiva edir. Məhz bu iki məqam Ermənistanın silahlı qüvvələrinin və marionet separatçı rejimin törətdikləri müharibə cinayətlərini xarakterizə edir.

Bu cür cinaytlərin sistemləşdirilməsi üçün onalrın “Cenevrə hüququnun”, yəni Dörd Cenevrə Konvensiyası və həmin konvensiyalara Əlavə Protokollarda müəyyə edilən konkret qadağaların pozulması müəyyən edilməlidir.

Ermənistan Cenevrə Konvensiyalarına və Əlavə Protokollara 1993-cu il 7 iyun tarixində qoşulmuşdur və həmin vaxtdan bu sənədlərin müddəalarına əməl edilməsi artıq hüquqi öhdəlik idi. Ancaq beynəlxalq müqavilələrlə ümumiyyətlə hesablaşmayan erməni tərəfi üçün beynəlxalq humanitar hüququn pozulması adi bir hala çevrilmişdir.

1.Ermənilərin törətdikləri müharibə cinayətləri sırasında ilk yeri mülki əhali və mülki infrastruktur obyektlərinə hücumların aparılması tutur. Dördüncü Cenevrə Konvensiyası – “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” bu cür hücumları qəti qadağan edir.

“Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini qadağan edir və bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir. Protolun 51 –ci maddəsinə əsasən seçim etmək imkanına malik olmayan hücumlar, yəni: 1) konkret hərbi obyektlərə yönəlməyən; 2) konkret hərbi obyektlərə yönəldilə bilməyənyüş üsulları və vasitələrinin tətbiq edən hücumlar; 3) nəticələri məhdudlaşdırıla bilməyən və nəticədə mülki əhali və mülki obyeklərlə hərbi hədəfləri fərqləndirməyən hücumlar qadağan edilir.

2. Erməni tərəfinin törətdiyi digər müharibə cinayəti qadağan edilmiş silahdan istifadədir. Klaster sursatları havada açılan və çox sayda partlayıcı elementlərini və ya "kiçik bombalarını" geniş əraziyə yayan sursat konteynerləridir. Modelindən asılı olaraq, bu “kiçik bombalarin” sayı onlarla elementdən başlayaraq 600-dən çox ola bilər. Bu tipdan olan sursatlar hədəf seçmə imkanına malik deyil və çoxsaylı araşdırmalara görə klaster bombaları qurbanlarının 98 faizini məhz mülki təşkil edir.

30 may 2008-ci il tarixdə qəbul edilən, 1 avqust 2010-cu ildə qüvvəyə minmiş və 110 iştirakçısı olan “Klaster (kasset) sursatları haqqında” Dublin Konvensiyasına əsasən bu tip sursatların istehsalı, toplanması, tətbiqi qadağan olunur. Nəzəzrə almaq lazımdır ki, hətta bu konvensiya qəbul ediləndən əvvəl də kasset sursatlarının tətbiqi böyük narahatlıq doğururdu, və 28 noyabr 2003-cü il tarixində Cenevrədə Həddən artıq xəsarət yetirən və ya secim etməyən konkret adi silah növlərinin qağan edilməsi və tətbiqinin məhdudlaşdırılması haqqında Konvensiyanın Partlayıcı Müharibə Qalıqlarına dair Protokolun (V Protokol) qəbul edilməsində özünü birüza vermişdir.

Müasir beynəlxalq cinayət hüququ klaster sursatlarının tətbiqini müharibə cinayəti kimi tövsüf edir. Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin 8-ci maddəsinə əsasən, “beynəlxalq silahlı münaqişələr hüququnun normalarını pozaraq hədsiz xəsarətlər yetirən, lüzumsuz iztirablara səbəb olan və ya mahiyyətinə görə hədəf seçməyən silahların, döyüş sursatlarının, avadanlıqların və ya, müharibə üsullarından istifadə” edilməsi fərdi beynəlxalq cinayət məsulliyyətinə səbəb olur.

3. Qanunsuz məskunlaşma - “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” IV-cü Cenevrə Konvensiyanın 49-cu maddəsinin 6-cı bəndinə əsasən “İşğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və yə köçürə bilməz”. Bu maddəni diqqətə Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I Protokol)” 85-ci maddəsinin 4-cü hissəsinin “a” bəndinə əsasən “işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz mülki əhalisinin bir hissəsinin köçürülməsi bu Protokolun ciddi pozuntusu sayılır”, yəni bu əməllər müharibə cinayətin tərkibini ehtiva edir. Bunun təsdiqini 1998-ci ilin 17 iyul tarixdə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda tapmaq olar. Həmin Statutun 8-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin “vii” yarımbəndində Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I-ci Protokol) 85-ci maddəsində göstərilmiş əməlin törədilməsi beynəlxalq cinayət məsuliyyətinə səbəb olur. Xatırlatmaq istərdim ki, “İşğal edilmiş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair” 9 iyul 2004-cü il tarixli Məsləhət Rəyində BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdir ki, “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” Cenevrə Konvensiyasının 49-cu maddəsinin 6-cı bəndi “nəyinki İkinci dünya müharibəsi dövründə həyata keçirilən deportasiya və ya əhalinin zorakılıqla köçürülməsinə bənzər hərəkətləri, həmçinin işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz əhalisinin qruplarının köçürülməsinin təşkilini və ya bunun həvəsləndirilməsini qadağan edir”.

4. Hərbi əsirlər”, - deyə N.Səfərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti