...

Müzakirəyə çıxarılan siyasi partiyalar haqqında qanun hazırki dövrün tələblərinə tam cavab verir - Şahin İsmayılov

Siyasət Materials 28 Oktyabr 2022 17:14 (UTC +04:00)

24 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş “Siyasi partiyalar haqqında” qanun layihəsinin geniş müzakirəsi bir daha hakimiyyətin Azərbaycanda normal fəaliyət göstərən partiyalarla müzakirələrə açıq və maraqlı olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsi təklif olunan zaman bütün partiyalara öz təkliflərini vermək üçün imkan yaradıldı. Ötən dövr ərzində Azərbaycanda fəaliyyət göstərən əksər partiyalar qanun layihəsi ilə bağlı təkliflər verdi.

"Öz-özlüyündə partiyaların belə aktiv şəkildə təkliflərini verməsi siyasi partiyaların da bu qanuna böyük marağını göstərir. Həmçinin siyasi partiyalar da əminlik yaranır ki, onların təklifləri kənarda qalmayacaq və uyğun olan məntiqi təkliflər layihədə yer alacaqdır. Düşünürəm ki, bu məqam Azərbaycanda siyasi mühitin sağlam olduğunu göstərən faktlardan biridir. Siyasi partiyaların Milli Məclisdəki müzakirələri kifayət qədər məhsuldar keçmişdir. Ali Qanunverici orqan bu cür dinləmələri təşkil etməklə müzakirə olunan qanunların bundan sonrakı dövrdə də aidiyyəti tərəflərlə fikir mübadiləsi aparmağa açıq olduğunu göstərdi. Həmçinin, Parlamentin bu cür dinləmələri təşkil etməsi onun cəmiyyətə açıq və bütün maraqlı tərəflərlə işləməyə hazır olduğunun göstəricisidir. Bu məqamlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sonuncu parlament seçkilərindən sonra Milli Məclisin fəaliyəti ilə bağlı söylədiyi fikirlərlə də üst-üstə düşür.

Düşünürəm ki, müzakirəyə çıxarılan siyasi partiyalar haqqında qanun kifayət qədər mütərəqqidir və hazırki dövrün tələblərinə tam cavab verir", - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti