...

Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti ilə Milli Məclisdə görüş olub

Siyasət Materials 31 Oktyabr 2022 17:47 (UTC +04:00)
Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti ilə Milli Məclisdə görüş olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılıb, cari ildə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanlb, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu vurğulanıb.

Söhbət zamanı qarşılıqlı münasibətlərdə siyasi, iqtisadi, humanitar, parlamentlərarası əməkdaşlığın, iki ölkənin regionları arasında münasibətlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti