...

Azərbaycan postmünaqişə dövrünün quruculuq modelini yaradır - Tahir Budaqov

Siyasət Materials 3 Noyabr 2022 10:31 (UTC +04:00)
Azərbaycan postmünaqişə dövrünün quruculuq modelini yaradır - Tahir Budaqov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Post-münaqişə dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda bu gün keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

T.Budaqov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi məqsədyönlü siyasətin nəticəsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postkonflikt dövrünün quruculuq modelini yaradır”.

Onun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar əsasında sülh gündəliyinin əsas prinsipləri müəyyənləşib: “Zəngəzur dəhlizinin açılması geniş və çoxşaxəli əməkdaşlığın formalaşdırılması deməkdir. Postkonflikt dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir. Tariximizin şanlı dövründə yaşayıb, yaratmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir”, - YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti