Bakı. Trend:
Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin açıqlamasında deyilir.