Bakı. Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayının artırılması məsələsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirə edilib.
Deputat Ramin Məmmədov Azərbaycan-Kamboca, Məşhur Məmmədov Azərbaycan-Sinqapur, Ziyafət Əsgərov Azərbaycan-Tunis, Zahid Oruc isə Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təyin edilib.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.