Bakı. Trend:
Prezident İlham Əliyevin Gürcüstana səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkan verdi.
Trend-in məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edilməsinə həsr olunmuş bugünkü tədbir zamanı deyib.
"Qarşılıqlı hörmət və dəstəyə əsaslanan strateji tərəfdaşlıq Prezident İlham Əliyevin Gürcüstana bu yaxınlarda etdiyi səfərlə bir daha təsdiqləndi", - Pataradze bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uğurlu iqtisadi əməkdaşlıq artıq Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənub Qaz Dəhlizi və digər əsas infrastruktur elementləri kimi layihələrlə sübut olunub.
"Qardaş ölkələrimiz ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün səylərini davam etdirməlidirlər", - səfir əlavə edib.