...

ABŞ Azərbaycanla Ermənistanın bilavasitə qarşılıqlı fəaliyyət üzrə səylərini alqışlayır - Səfirlik

Siyasət Materials 28 Noyabr 2022 16:08 (UTC +04:00)
ABŞ Azərbaycanla Ermənistanın bilavasitə qarşılıqlı fəaliyyət üzrə səylərini alqışlayır - Səfirlik
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycanla Ermənistanın liderlər və xarici işlər səviyyəsində bilavasitə qarşılıqlı fəaliyyət üzrə səylərini alqışlayır və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bu prosesə daha böyük təkan verməyə ümid edir.

Bunu bu gün Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

"Səfir Riker Qafqaz danışıqları üzrə baş müşavir olaraq ölkələrin rəhbərlikləri ilə görüşmək üçün regiona səfər edib. Onun müzakirələri gələcək Ermənistan-Azərbaycan danışıqları prosesinə, sülh, inkişaf və regional əməkdaşlığın qurulması üçün qalan məsələlərin həllinə yönələcək. O, səfəri çərçivəsində Cənubi Qafqaın hər üç ölkəsinə gedəcək. Noyabrın 28-də Riker Bakıya gəlib, bundan sonra Tbilisi və İrəvana gedəcək", - səfirlikdən deyiblər.

Qeyd olunub ki, bu səfər ABŞ dövlət katibi Entoni Blinkenin noyabrın 7-də Vaşinqtonda Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşünün davamıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti