...

Filip Riker Ermənistan-Azərbaycan münasibətləri barədə: Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir

Siyasət Materials 29 Noyabr 2022 17:30 (UTC +04:00)
Filip Riker Ermənistan-Azərbaycan münasibətləri barədə: Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir

Bakı. Trend:

Mən Bakıya səfər etməkdən və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən sizinlə danışmaqdan məmnunam. Azərbaycanın potensialı nəzərə çarpır. Hər dəfə buraya döndüyüm zaman mən iqtisadiyyatın, insanların dayanıqlılığının və bütün Cənubi Qafqaz bölgəsi üçün imkanların artdığını müşahidə edirəm.

Trend xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker videomüraciətində deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət katibi Entoni Blinken sülhün əldə olunması üçün imkana və Cənubi Qafqazın potensialına çox inanır.

“O, coğrafiyanın vacib olduğunu anlayaraq məndən bölgəyə səfər etməyi xahiş etdi. Mən indi Bakıdayam, buradan da Tbilisi və İrəvana səfər edəcəyəm. Bu bölgədə coğrafiya və tarix görüşür. Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər.

Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm. Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”, - Riker müraciətində qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti