...

Laçın rayonunun azad edilməsi Azərbaycan Ordusunun tarixi qələbəsidir - Hərbi ekspert

Siyasət Materials 1 Dekabr 2022 17:38 (UTC +04:00)
Laçın rayonunun azad edilməsi Azərbaycan Ordusunun tarixi qələbəsidir - Hərbi ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın rayonunun işğaldan azad edilməsi həm Azərbaycan diplomatiyasının, həm də Azərbaycan Ordusunun qələbəsi kimi qiymətləndirilməlidir.

Bunu bu gün Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov bildirib.

O qeyd edib ki, Laçın rayonunun çox böyük strateji əhəmiyyəti var.

"Laçın rayonu Ermənistan tərəfi kapitulyasiya aktına qol çəkdikdən sonra bir güllə atılmadan işğaldan azad olundu. Ermənistan tərəfi buna məcbur edildi. Amma qeyd etmək lazımdır ki, Laçın rayonunun bəzi kəndləri hərbi güclə azad olundu. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayırdı. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi. Laçın rayonunun Qarbağ və Ermənistana gedən yolun üzərində yerləşməsi Qarabağda yerləşən separatçı qüvvələri mühasirəyə salmağa imkan verdi", - o vurğulayıb.

Ekspert qeyd edib ki, 2020-ci ildə Şuşanın düşmən işğalından azad edilməsi "Laçın dəhlizi" nə nəzarəti götürəndən sonra mümkün oldu.

"Bu fakt bir daha Laçının və "Laçın dəhlizi" nin necə strateji əhəmiyyətə malik olduğunu göstərir", - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın Laçın rayonunun erməni işğalından azad edilməsindən iki il ötür.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti