Bakı. Trend:
İran türkçülüyü də sevmir, ancaq Azərbaycançılıq bizim üçün vətən anlayışını ifadə edir və İran bu anlayışı silmək istəyir.
Trend-in məlumatına görə, bunu bu gün Güney Azərbaycan televiziyasının (GünAz Tv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.
O qeyd edib ki, əsas məqsəd bizi vətən, Azərbaycan anlayışından uzaqlaşdırmaq olub.
“İran dövləti Azərbaycançılıq qarşısında hətta türkçülüyü istifadə edib, edir. İran türkçülüyü də sevmir, ancaq Azərbaycançılıq bizim üçün vətən anlayışını ifadə edir və İran bu anlayışı silmək istəyir.
Güney azərbaycanlılarının vahid koordinasiya mərkəzinin yaradılması yaxşı nəticələrə səbəb ola bilər”,- deyə Ə.Obalı bildirib.