...

Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik - Jozep Borrel

Siyasət Materials 12 Dekabr 2022 14:48 (UTC +04:00)
Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik - Jozep Borrel
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün biz çox fərqli bir Şərq qonşuluğu görürük. Biz Avropa İttifaqının (Aİ) regionda daha çox iştirakı, inteqrasiyası və "Şərq Tərəfdaşlığı"nı tərəfdaşlarının problemlərinə və fərqli ehtiyaclarına uyğunlaşdırılması çağırışını eşidirik.

Trend-in məlumatına görə, bunu bu gün Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tvitter hesabında qeyd edib.

"İllik "Şərq Tərəfdaşlığı" XİN başçılarının görüşündə mən təklif edirəm ki, regional əməkdaşlıq üçün vasitə kimi genişlənmə prosesinə paralel olaraq "Şərq Tərəfdaşlığı" siyasətimizi davam etdirək. Biz təhlükəsizlik və müdafiə sahəsində işi gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik", - deyə o əlavə edib.

Qeyd edək ki, Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.

İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell sədrlik edir.

İştirakçılar “Şərq tərəfdaşlığı”nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti