Şuşa. Trend:
Şuşada aksiya keçirən etirazçılar Laçın dəhlizi üzərində Azərbaycan bayrağını qaldırıblar.
Bu barədə Trend-in bazar ertəsi Şuşaya ezam olunmuş əməkdaşı məlumat verir.
"Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan bayrağı!", - deyə etirazçılar şüar səsləndiriblər.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.