...

Aksiyada yolun bağlanmasından söhbət gedə bilməz - Ceyhun Bayramov

Siyasət Materials 15 Dekabr 2022 18:03 (UTC +04:00)
Aksiyada yolun bağlanmasından söhbət gedə bilməz - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aksiyada yolun bağlanmasından söhbət gedə bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, aksiyadakı fəallar orada yaşayan erməni əhalisinə öz kontaktlarını elan edərək humanitar məqsədlərlə yardım edə biləcəklərini qeyd ediblər. Azərbaycanlı fəalların bu aksiyasının orada az qala humanitar böhran yaratması barədə fikirlər səslənir.

"Bu iddia heç bir həqiqətə uyğun deyil. İlk gündən deyilib ki, bu aksiyanın məqsədi qeyri-qanuni fəaliyyətin qarşısının alınması ilə bağlı səsin qaldırılmasına nail olmaqdır. Humanitar məqsədli Laçın yolunun bağlanmasından söhbət belə gedə bilməz. Dünən baş verən hadisələr bunu bir daha təsdiq etdi. Sosial mediada yayılan görüntülərdə görünür ki, sülhməramlı kontingent həmin yoldan istifadə etdi. Etirazçılar, həmçinin, ərazimizdəki yol polisi nümayəndələri bunun üçün şərait yaratdılar”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti