...

Azərbaycan istənilən formatda görüşülərin keçirilməsini dəstəkləyib - Nazir

Siyasət Materials 15 Dekabr 2022 18:52 (UTC +04:00)
Azərbaycan istənilən formatda görüşülərin keçirilməsini dəstəkləyib - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan tərəfi istənilən formatda görüşülərin keçirilməsini dəstəkləyib.

Trend-in məlumatına görə, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, görüşdə böyük nailiyyət olmasa belə, görüş çərçivəsində danışıqlarda bir sıra məsələlər barədə açıq dialoqu müsbət hesab edirik.

“Qarşı tərəfin də (Ermənistan-red) buna eyni məsuliyyətlə yanaşması və götürülən öhdəliklərin yerinə yetirilməsi yaxşı olardı. Qarşı tərəfdən rasional və xoşniyyətli yanaşma olsaydı, iki il ərzində əldə etdiyimiz proqres daha əhəmiyyətli olardı”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti