...

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez başlamaq lazımdır - Lavrov

Siyasət Materials 23 Dekabr 2022 16:09 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez başlamaq lazımdır - Lavrov

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez başlamaq lazımdır.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

“Biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsi məsələsi ətrafında fikir mübadiləsi apardıq. Vahid fikrimiz budur ki, ən yaxşı həll yolu delimitasiya üzrə praktiki işə mümkün qədər tez başlamaq olardı. Bunun üçün müvafiq ikitərəfli Azərbaycan-Ermənistan komissiyası yaradılıb. Tərəflər bu komissiyanın Rusiyanın məsləhət yardımı ilə işləyəcəyi barədə razılığa gəliblər. Təbii ki, eyni zamanda, bu mexanizmin tamhüquqlu, stabil işləməsini təmin etmək də vacibdir”, - deyə Lavrov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti