...

Ermənistan daha çox prosesi imitasiya etmək üçün səy göstərir - Ceyhun Bayramov

Siyasət Materials 23 Dekabr 2022 16:23 (UTC +04:00)
Ermənistan daha çox prosesi imitasiya etmək üçün səy göstərir - Ceyhun Bayramov

Bakı. Trend:

Ermənistan daha çox prosesi imitasiya etmək üçün səy göstərir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Təəssüf ki, son vaxtlar biz münaqişədən sonrakı normallaşmanın müxtəlif mərhələlərində müşahidə etdik ki, səylər daha çox real prosesə deyil, bu prosesin imitasiyasına yönəldilir. Təəssüf ki, bu məsələdə Azərbaycan tərəfi üçün yeni heç nə yoxdur. Bu, Ermənistanın mövqeyidir. Real nəticəyönümlü fəaliyyətlə məşğul olmaqdan daha çox prosesin imitasiyasını yaradan Ermənistanın 30 ildən artıqdır ki, sadiq qaldığı mövqedir”, - deyə o bildirib.

C.Bayramov qeyd edib ki, həqiqətən də danışıqlar prosesinə, siyasi-diplomatik yolla həllə köklənəcək bir ölkə üçün 30 il ərzində hərbiləşdirməyə böyük vəsait sərf etmək mənasızdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti