...

Ermənistan tərəfi meşə yanğını ilə bağlı öz feyk məlumatını ifşa edib

Siyasət Materials 7 Yanvar 2023 00:25 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan tərəfi Azərbaycanla sərhəd kənddə meşə yanğını ilə bağlı özünün feyk məlumatını ifşa edib.

Trend-in məlumatına görə, Ermənistan Fövqəladə Hallar Nazirliyindən yanğınla bağlı məlumatın ortaya çıxması ilə erməni tərəfi ənənəvi olaraq hər şeyi Azərbaycanın üzərinə ataraq bunun guya “Azərbaycan hərbçilərinin düşünülmüş hərəkətləri” nəticəsində baş verdiyini deyib.

Lakin sonra Ermənistan Müdafiə Nazirliyi yalan məlumatı təkzib etməyə tələsdi.

"Sərhəd kəndi yaxınlığındakı dağda yanğının Azərbaycan Silahlı Qüvvələri tərəfindən törədildiyi barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil," - deyə nazirlik bildirib ki, bununla da uydurma dezinformasiya ifşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti