...

Ərdoğan azərbaycanlı hərbçilərin Türkiyədə müalicəsindən danışdı

Siyasət Materials 11 Yanvar 2023 16:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Azərbaycan, Suriya və Liviyadan olan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndərir.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beynəlxalq Ombudsmanlıq Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə bu addımları atmağa davam edəcək.

"Türkiyə Qafqazda illərdir davam edən böhranın nəticəsi olaraq yaranan qeyri-stabilliyin aradan qaldırılmasını balanslaşdırılmış siyasəti ilə önəmli ölçüdə təmin edib. Azərbaycan, Suriya və Liviyadan yaralı hərbçiləri ölkə xəstəxanalarında müalicə edərək geri göndəririk. Biz bu addımları atmağa davam edəcəyik", - deyə R.T. Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti