...

Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rolu Davos forumunda diqqət mərkəzindədir (VİDEO)

Siyasət Materials 19 Yanvar 2023 12:11 (UTC +04:00)
Azərbaycanın etibarlı tərəfdaş kimi mühüm rolu Davos forumunda diqqət mərkəzindədir (VİDEO)

Bakı. Trend:

AzTv-nin “Əsas məsələ” verilişində Davos Dünya İqtisadi Forumuna həsr olunmuş müzakirə aparılıb. Trend BİA-nın baş redaktoru Emin Əliyev və baş redaktor müavini Ləman Zeynalova AzTv-nin “Əsas məsələ” verilişində qonaq olublar.

Emin Əliyev verlişdə çıxışı zamanı bildirib ki, hazırda dünyada aktual problemlər olduqca çoxdur, hansı problemin daha çox vacib olduğunu seçmək çətindir.

"Dünya pandemiyadan qurtulur, pandemiyadan sonrakı inkişaf üçün müəyyən strategiya olmalıdır. Çin kimi nəhəng iqtisadiyyata malik ölkə hələ də pandemiyadan əziyyət çəkir.

Dünyanı vahiməyə salan problemlərdən Azərbaycan artıq çıxış yollarını tapıb və bu çıxış yollarını, öz təcrübəsini bölüşməyi də dünya ilə bölüşür.

Son 20 ildə Azərbaycan tranzit mərkəzə çevrilib. Azərbaycan öz tranzit imkanlarını maksimum artırmağı bacarıb".

L.Zeynalova isə qeyd edib ki, dünyada iqtisadiyyatın bir çox sahələrində böhranlı vəziyyət müşahidə olunur, bu vəziyyət özünü daha çox qiymətlərin artmasında göstərir. Rusiya-Ukrayna müharibəsi nəqliyyat sistemlərinin pozulmasına və daşımaların çətinləşməsinə gətirib çıxardı.

"Artıq bütün bu və digər səbəblərə görə dünyanın logistika xəritəsi dəyişmək mərhələsindədir. Azərbaycanın rolu da artmaqdadır, çünki Azərbaycan yüklərin daha tez və təhlükəsiz daşınması üçün olduqca etibarlı ölkədir. Digər tərəfdən isə Azərbaycandan keçən marşurutlar iqtisadi baxımdan daha səmərəlidir. Azərbaycanın logistika sistemi müasir standartlara uyğun şəkildə qurulub", - deyə L.Zeynalova əlavə edib.

Enerji təhlükəsizliyinə də toxunan L.Zeynalova qeyd edib ki, Davos forumunda enerji məsələləri içərisində "yaşıl enerji" ilə bağlı mövzulara da xüsusi önəm verilir. "Azərbaycanda "yaşıl enerji"nin inkişaf etirilməsi Avropanın qaz bazarı ilə bağlı problemlərini də həll etmiş olur", - deyə o əlavə edib

Xəbər lenti

Xəbər lenti