...

Laçın yolundakı aksiyada əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır - Nazir

Siyasət Materials 20 Yanvar 2023 10:03 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə blokada təsəvvürü yaratmağa çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıqdır.

Trend-in məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu ondan ibarətdir ki, Azərbaycan tərəfi əlindən gələni edir. "Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir. Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil. Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır.

Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Hər danışdığım rəsmi qurumlara bir daha xatırladıram ki, əsas məqsəd nədir. Silah-sursat və minaların daşınması yolverilməzdir".

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri Şuşada sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti